Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
04.08.2016 Rio-2016 xəbərləri
XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının yarış proqramı
01.01.2016 AGIN
2016-cı ilin idman təqvimi
30.06.2015 Prezident
Avropa Oyunları Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir.
 Xəbərlər
18/01 | 13:11 “Neftçi”-“Tosno” oyunu heç-heçə yekunlaşıb
18/01 | 11:59 Sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib.
18/01 | 11:08 Rahim İsmayılov erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib
18/01 | 10:41 Masallıda karate üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
18/01 | 10:18 Millimiz Estoniya yığmasına qalib gəlib
18/01 | 09:40 Astaralı idmançılar beynəlxalq yarışda uğurla çıxış ediblər
18/01 | 09:05 Bərdədə kikboksinq yarışında 6 şəhər və rayondan 127 idmançı iştirak edib
17/01 | 22:43 “Dakar rallisi-2017” başa çatıb
17/01 | 21:27 Formula-1: “Mercedes AMG” komandası Valteri Bottas ilə müqavilə imzalayıb
17/01 | 20:24 “Bavariya” Robbenlə müqavilə müddətini uzadıb
17/01 | 19:00 Cüdoçularımızın Avstriya toplanışı davam edir
17/01 | 18:38 Qadın taekvandoçulardan ibarət yığmamıza yeni baş məşqçi təyin olunub
17/01 | 17:25 "Sumqayıt" futbol klubu Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb
17/01 | 16:46 Neymar ən bahalı futbolçu kimi reytinqə başçılıq edir
17/01 | 15:20 “Kəpəz” heç-heçə oynadı
17/01 | 14:42 Vidadi Rzayev Gürcüstan səfərindən danışdı
17/01 | 12:35 “Qəbələ” klubu Albaniyanın “Partizani” komandası ilə yoxlama oyununda gücünü sınayıb
17/01 | 12:12 Taekvondo üzrə respublika birinciliyi start götürüb
17/01 | 11:41 Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursu start götürüb
17/01 | 11:29 Millimiz Almaniya klubu ilə qarşılaşıb
17/01 | 10:48 İdman dırmanması üzrə Azərbaycan çempionatına yekun vurulub
17/01 | 10:13 Dieqo Maradona “Napoli”nin baş məşqçisi olacaq
17/01 | 09:45 İsgəndər Cavadov yenidən Regional Futbol Federasiyasının prezidenti seçilib
16/01 | 19:16 AFFA futzal üzrə milli yığmanın baş məşqçisi ilə müqaviləni ləğv edib
16/01 | 18:15 Çin Futbol Federasiyası klublara legioner limiti tətbiq edib
16/01 | 17:13 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi media nümayəndələri üçün akkreditasiya prosesinə start verib
16/01 | 16:09 Paraqvay əsilli hücumçu “Neftçi”də baxışdadır
16/01 | 14:50 “Neftçi” klubu Albaniyanın “Kukesi” komandası ilə qarşılaşıb
16/01 | 13:17 “Karabakh Vyana” futbol klubu yeni rekord müəyyənləşdirib
16/01 | 12:53 Yeniyetmə və gənc karateçilərimiz Xorvatiya Qran-prisini 8 medalla başa vurublar
16/01 | 12:16 Bakıda döyüş növləri üzrə festivalda 500-dək idmançı birincilik uğrunda mübarizə aparıb
16/01 | 11:20 “Fənərbaxça”-“Hapoel” görüşünü azərbaycanlı hakim idarə edəcək
16/01 | 10:28 “İnter”-“Ordubaşı” oyununda hesab açılmayıb
16/01 | 09:47 İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib
15/01 | 21:59 Azərbaycan millisi İran yığmasına qalib gəlib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 10 2 2 26-6 32
2 Qəbələ 14 9 4 1 30-7 31
3 İnter 14 6 7 1 21-12 25
4 Sumqayıt 14 4 5 5 13-18 17
5 Zirə 14 4 3 7 11-15 15
6 Kəpəz 14 3 6 5 10-13 15
7 Neftçi 14 3 0 11 9-30 9
8 AZAL 14 1 5 8 6-25 8
 Haqqımızda

www.idman.com.az saytı Azərbaycan Respublikası Gənclər Nazirliyi ilə “İdman” qəzetinin birgə layihəsidir.


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan «İdman» qəzeti Azərbaycanda ən böyük tarixi olan idman nəşridir. 80 illik tarixə malik olan qəzet həm də Azərbaycan mətbuatının ən qocamanlarından sayılır.


1932-ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” adı altında işıq üzü görmüş qəzet ötən müddət ərzində Azərbaycan idmançılarının uğurlu çıxışlarını oxuculara çatdırmaqla bərabər, bədən tərbiyəsi və idman sahəsindəki problemlərin diqqət mərkəzinə gətirilməsində də böyük rol oynamışdır.


Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunmuş qəzet, təkcə respublikamızda deyil, həm də keçmiş SSRİ-nin digər regionlarında maraqla oxunmuşdur.


İkinci dünya müharibəsi zamanı, 1941-ci ildə "İdman" qəzeti fəaliyyətini dayandırmış və qəzet əməkdaşları qələmi odlu silaha dəyişərək cəbhəyə yollanmışlar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman" qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri itib–batmış və ya məhv olmuşdur.


İkinci dünya müharibəsi başa çatdıqdan sonra "İdman" qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilmişdir. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək, "İdman" qoyulmuşdur.


"İdman" qəzetinin keçdiyi yol Azərbaycan idman jurnalistikasının tarixidir. Vaxtilə "İdman" qəzetilə dünya şöhrətli İnna Rıskal, Vera Lantratova, Anatoli Banişevski, Tofiq Bəhramov, Ələkbər Məmmədov, İbrahimpaşa Dadaşov və başqa tanınmış idmançılar əməkdaşlıq etmiş və redaksiya ilə daimi əlaqə saxlamışlar. "İdman"da sənət fəaliyyətinə başlamış jurnalistlərdən bir çoxu sonralar "Sovetski Sport", "Futbol-hokkey" və s. kimi qəzetlərdə məsul vəzifələrdə işləmişlər.


1941-ci ilədək qəzetin rus variantına rəhbərlik etmiş Aleksandr Kiknadze sonralar Moskvada "Sovetski Sport"un futbol şöbəsinin redaktoru olmuşdur. "İdman" qəzetinin müxbiri olmuş Yuli Segeneviç də sonralar "Sovetski Sport"da həmin vəzifəni daşımışdır. Vaxtilə "Kommunist", "Azərbaycan gəncləri" və digər tanınmış qəzetlərə rəhbərlik etmiş bir çox şəxslər jurnalistikada ilk addımlarını məhz "İdman"da atmışlar.


Qəzetin yetirməsi olan jurnalistlər bü gün də ölkəmizin bir çox telekanallarında və dövrü mətbuatda uğurla çalışırlar.


Vaxtilə "İdman" qəzeti 120 min nüsxə ilə (90 min azərbaycanca, 30 min rusca) çap olunaraq nəinki Azərbaycanın hər yerində, həm də respublikanın hüdudlarından kənarda da yayılmışdır. Hazırda həftədə bir dəfə, 2000 tirajla çap olunur.


Müxtəlif vaxtlarda qəzetə Əməkdar jurnalistlər, mərhum Mirpaşa Miriyev və Aqşin Kazımzadə, mərhum jurnalistlər Oqtay Atayev, Arif Şəfizadə, eləcə də Əməkdar jurnalist Oqtay Bayramov, Vaqif Əfəndiyev, Toğrul Bağırov rəhbərlik ediblər.


2000-ci ildən qəzetin baş redaktoru Əməkdar jurnalist Qabil Mehdiyevdir. Son illərdə qəzetin yaradıcı heyəti tərəfindən bədən tərbiyəsi və idman mövzusunda 6 kitab nəşr etdirilib. Bundan başqa qəzetin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə layihəsi olan tam rəngli, nəfis tərtibatlı idman jurnalı da işıq üzü görür.

  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
AIPS-dən sağlam və ədalətli idmana çağırış
BATI YAR
batyyar@mail.ru
Futbolumuzun «Qara cümə axşamı»sı və ya yeni «Qorxulu nağılları»
Leyla Qurbanova
leyla-6565@mail.ru
Möhtəşəm Bakı trası Formula-1 bolidlərini sınağa çəkərkən...
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Oqtay Bayramov
Əməkdar jurnalist
80 yaşın mübarək və 100 yaşa, “İdman
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru